Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağız və boğaz quruluğu Omikron əlaməti ola bilər

Ağız və boğaz quruluğu Omikron əlaməti ola bilər

Tarix: 31 Yanvar 2022 22:27

"COVID-19 pandemiyası bir çoxumuzda, xüsusən də uşaqlarda ağız və diş sağlamlığı problemlərinin artmasına səbəb olur", - deyə uzaman həkim Nurgül Dəmir bildirib.

Mütəxəssis qeyd edib ki, ağız gigiyenası zəif olanların COVID-19-a yoluxma ehtimalı daha yüksəkdir. Bəzən simptomsuz görülən koronavirus ağızdaxili yoluxmadan da ola bilir.

Milli.Az xəbər veri ki, ekspertin fikrincə bu şəkildə davam edərsə, önümüzdəki illərdə uşaq xəstələrində viral infeksiyaların yaratdığı birbaşa və dolayı faktorlarla erkən diş çürümələri nisbətləri arta bilər.

N.Dəmir koronavirusun ağız toxumalarına mənfi təsir etdiyini göstərən əlamətlərə də diqqət çəkib.

O, qeyd edib ki, bu, ilk növbədə dildə qırmızı görünən və kəskin dadlara daha həssas olan bölgələrdə dəyişikliklərdən tutmuş, dad itkisi və ağız quruluğu əlamətləri ilə görülə bilər. /medicina.az

Milli.Az


Etiketlər:  Ağız boğaz quruluğu Omikron əlaməti ola bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ