Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya xarici işlər naziri koronavirusa yoluxub

Britaniya xarici işlər naziri koronavirusa yoluxub

Tarix: 1 Fevral 2022 09:00

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Ukraynaya səfəri ərəfəsində koronavirus testi müsbət çıxıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə nazir "Twitter" səhifəsində yazıb.

Trass bildirib ki, artıq özünü təcrid edib, karantin müddətində evdən işləyəcək.

Qeyd edək ki, XİN başçısı çərşənbə axşamı baş nazir Boris Consonla birlikdə Ukraynaya səfər etməli idi.

Xatırladaq ki, bazar ertəsi Liz Trass, Boris Conson və Nazirlər Kabinetinin üzvləri ilə birlikdə parlamentdə dinləmələrdə olub. Bundan əlavə, o, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.


Etiketlər:  Britaniya xarici işlər naziri koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ