Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən gün toylarda karantin qaydalarını pozan 1 nəfər cərimələnib

Ötən gün toylarda karantin qaydalarını pozan 1 nəfər cərimələnib

Tarix: 2 Fevral 2022 09:56

Fevralın 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 74 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Sonxeber.net-a bildirilib ki, monitorinq şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 24 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Etiketlər:  Ötən gün toylarda karantin qaydalarını pozan nəfər cərimələnib


RƏYLƏR