Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ƏR-ARVAD EVDƏ ÖLÜ TAPILDI: 2 körpə valideynlərini oynamağa səsləyirdi...

ƏR-ARVAD EVDƏ ÖLÜ TAPILDI: 2 körpə valideynlərini oynamağa səsləyirdi...

Tarix: 4 Fevral 2022 11:32

Rusiyanın Rostov vilayətində gənc ər-arvad yaşadıqları mənzillərində qohumları tərəfindən ölü tapılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cütlüyün 2 və 3 yaşlarında olan qızları meyitlərin yanında olublar.

Onların ölümündən, təxminən bir sutka sonra qızın anası övladlarına baş çəkmək üçün Şoloxov prospekti, 30 ünvanına gəlib. Mənzilə daxil olanda qızının və ərinin mətbəxdə yerə uzandığının şahidi olub: "Azyaşlılar valideynlərini oynamağa çağırırdı, nə baş verdiyini başa düşmürdülər".

Hüquq-mühafizə orqanlarından bildirilib ki, cütlüyün üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb və ölümün səbəbləri də aydın deyil.

Milli.Az


Etiketlər:  ƏR ARVAD EVDƏ ÖLÜ TAPILDI 2 körpə valideynlərini oynamağa səsləyirdi


RƏYLƏR