Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2022 13:08
Son günlər məktəblər və orda baş verən hadisələr gündəmdən düşmür. Xüsusilə də, şagirdlərin qeyri-etik hərəkətləri, müəllim - şagird münasibətləri ictimaiyət arasında geniş müzakirə mövzusuna çevrilib. Artıq bu cür hadisələrin qarşısını almaq üçün bir sıra tədbirlər görülür. Bu tədbirlər nədən ibarətdir?
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, orta məktəb şagirdlərinin psixoloji pasportları hazırlanacaq.
Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən bununla bağlı işlərə başlanıb. Yəni bundan sonra müntəzəm olaraq şagirdlərin məktəbdəki davranışları, həmçinin psixoloji vəziyyətlərii ilə bağlı məlumatlar qeydə alınacaq. İdarənin Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov "Xəbər Ertəsi"nə bildirib ki, pasportlaşmada məqsəd hər bir uşağın psixoloji vəziyyətinin öyrənilməsidir.
Mərkəz direktoru həmçinin bildirir ki, şagird haqqında məlumatlar psixoloqlar tərəfindən hazırlanacaq və məktəb rəhbərliyi bu bazadan xəbərdar olacaq.
Belə qeydlərin aparılması və pasport halına salınması valideynlərin də ürəyincədir.
Psixoloji pasportlarda qeyd olunan məlumatlar gizli saxlanacaq.