Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkimlərdən YODla bağlı xəbərdarlıq

Həkimlərdən YODla bağlı xəbərdarlıq

Tarix: 5 Fevral 2022 08:36

Rusiyalı cərrahlar yodun istifadəsi ilə bağlı xəbərdarlıq ediblər.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, cərrahlar yaraların dezinfeksiyası üçün yodun spirtli məhlulundan istifadə etməməyi tövsiyə edirlər. Adətən evdə istifadə etdiyimiz "klassik" yod məhz spirtli məhluldur. Belə yod dərini yandırır, yaranın vəziyyətinin daha da pisləşməsinə səbəb olur.

Həkimlər xəbərdarlıq edir ki, yodun spirtli məhlulu yalnız dərin olmayan sıyrıntıların işlənməsi zamanı istifadə oluna bilər. Açıq yaralara belə yodu çəkmək olmaz. Onu yaraya yox, yalnız yara ətrafına (zədələnməmiş dəriyə!) çəkmək olar. Bu açıq yaraya mikrobların düşməsinə mane olur.

Mütəxəssislər yaraların dezinfeksiyası üçün müasir yod məhlullarından istifadə etməyi tövsiyə edirlər. Söhbət yodun su məhlullarından gedir. Bu, məsələn, betadin, yodopiron və s. ola bilər.   

Bu məhlullar açıq yaraların dezinfeksiyası üçün uyğun gəlsə də, selikli qişalarda onlardan istifadə olunmur.

Nəzərə almaq lazımdır ki, yodun spirtli və ya sulu məhlulları allergik reaksiyalara səbəb ola bilər və həmçinin bəzi qalxanvari vəzi xəstəlikləri, böyrək çatışmazlığı zamanı onlardan istifadə yolverilməzdir.


Etiketlər:  Həkimlərdən YODla bağlı xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ