Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın hədəfinə çatacağına inanıram'' - Çumbinyo

''Qarabağ''ın hədəfinə çatacağına inanıram'' - Çumbinyo

Tarix: 4 Sentyabr 2019 20:24

Braziliya "Yuventude"sinin futbolçusu Çumbinyo sabiq klubu "Qarabağ" haqda danışıb.

Qol.az-ın Braziliya mətbuatına istinadən yaydığı xəbərə görə, o,  Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına sevindiyini deyib: "Bu komanda tez-tez Avropa yarışlarında çıxış edir və bu, vacibdir. Bu il düşdükləri qrup olduqca çətindir. APOEL, "Sevilya" və "Düdelanj"la matçlar asan olmayacaq. Çünki bütün komandalar yaxşı və güclüdür. "Qarabağ" da güclü komandadır və sona qədər hər bir rəqiblə mübarizə aparacaq. Keçmiş komandamın hədəfinə çatacağına inanıram".

Qeyd edək ki, Çumbinyo 2013-2015-ci illərdə "Qarabağ"da oynayıb.

 


Etiketlər:  Qarabağın hədəfinə çatacağına inanıram Çumbinyo


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR