Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2022 11:08
11:05
Xocavənddə şirkət avtobusunun qəzaya uğraması nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşirilib.
Səhiyyə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir.
-------
09:59
Dünən axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı "Kolin İnşaat Turizm Sənaye və Ticarət" şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 16 nəfər ilkin tibbi yardımdan sonra Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.
Bu barədə Sonxeber.net-a TƏBİB-dən bildirilib.
Qeyd edək ki, qəza dünən axşam saatlarında Xocavənd rayonu ərazisində baş verib
Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar olub.
Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
----------
06.02.2022
23:58
Bu gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı "Kolin İnşaat Turizm Sənaye və Ticarət" şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.
Bu barədə Sonxeber.net-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumatda bildirilir ki, qəza Xocavənd rayonu ərazisində baş verib.
"Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar var. Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar barədə daha ətraflı məlumat veriləcək", -deyə agentlikdən bildirilib.