Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həftəsonu 670-ə yaxın toyda monitorinq aparılıb, 14 nəfər cərimələnib

Həftəsonu 670-ə yaxın toyda monitorinq aparılıb, 14 nəfər cərimələnib

Tarix: 7 Fevral 2022 16:36

5-6 fevral tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 668 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, monitorinq 657 şadlıq sarayında, 11 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 2 nəfər barəsində toplanmış materiallar məhkəməyə göndərilib, 217 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Milli.Az


Etiketlər:  Həftəsonu 670 ə yaxın toyda monitorinq aparılıb 14 nəfər cərimələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ