Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oksana 148 min ziyana düşüb

Oksana 148 min ziyana düşüb

Tarix: 7 Fevral 2022 18:15

"2014-cü ildə "Şər qarışanda" filmini istehsal edəndə yanımda 120 nəfər var idi, amma heç kim yox idi. Film gözəl alındı, amma uğursuzluqla nəticələndi".

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Oksana Rəsulova Azərbaycan Kinematoqrafçılar İttifaqının qadın prodüserlərlə görüşündə deyib.

O, külli-miqdarda pul itirdiyini etiraf edib:

"Hər yaxşı idi, yaxşı ssenari, görüntü var idi. Əfsuslar olsun ki, bizə heç kim dəstək vermədi. Prodüser olaraq pulu da mən verirdim, hər şey edirdim. Hər kəs elə bildi ki, şirkətim bağlanacaq, çünki mən 148 min manat pul itirdim. Məqsədyönlü insanam, üzərimdə çalışmağa başladım. Kitablar oxudum, necə yaxşı prodüser olmaq olar bunu araşdırdım. Başladım texnikanı öyrənməyə, çəkilişlərdə nələr istifadə edilir bunlar barədə məlumatlar yığmağa. İlk növbədə kimisə işə götürəndə detalları öyrənirəm, texnikanı büdcəyə uyğun təyin edirəm".

Qeyd edək ki, O.Rəsulova "Oksi Media" şirkətinin rəhbəridir.


Etiketlər:  Oksana ziyana düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ