Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub - FOTO

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub - FOTO

Tarix: 8 Fevral 2022 13:03

Fevralın 8-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sonxeber.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin hərbi əməkdaşlığa da müsbət təsir etdiyini deyən general-polkovnik Z.Həsənov strateji müttəfiqliyin dostluq və qardaşlıq əlaqələri üzərində qurulduğunu bildirib.

M.Dərə də öz növbəsində, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi qeyd edib.

Görüşdə Bakıda keçiriləcək "Texnofest-2022" festivalında Azərbaycan Hərbi Hava Qüvvələrinin vasitələrinin və hərbi qulluqçularının iştirakı barədə fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan-Türkiyə arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən hərbi-texniki sahədə birgə işçi qruplarının yaradılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Etiketlər:  Azərbaycan Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ