Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2022 18:15
Süd vəzi və bağırsaq xərçəngindən əziyyət çəkən türkiyəli müğənni Fulden Uras xəstəxanalıq olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə 53 yaşlı ifaçı sosial media hesabında paylaşım edərək məlumat yayıb. O, növbəti dəfə əməliyyat keçirdiyini bildirib:
"Sonsuz sınağım... 3 gündür məni darmadağın edən ağrılar və nəticəsi yenə əməliyyat. Artıq neçə əməliyyat keçirtdiyimi saymıram. Sayını unutmuşam. Sağ sinəmlə başım dərddədir. Dualarınızı əksik etməyin. Allah hər kəsə şəfa versin".
Qeyd edək ki, Fulden bundan əvvəl 2017 və 2020-ci illərdə də xəstəliyinə görə əməliyyat olunmuşdu.