Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bu gün meydanda xarakter göstərdik" - Murad Musayev

Tarix: 8 Fevral 2022 21:18

"Çox çətin oyun alındı. Fiziki cəhətdən oyuna yaxşı hazırlaşa bilməmişdik. Çünki həftəiçi böyük iş görmüşdük".

Bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 15-ci turunda bu gün "Qəbələ" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib: "Bu gün meydanda xarakter göstərdik. Çalışacağıq ki, bütün 90 dəqiqə ərzində aktiv oynayaq. Yaxşı qollar vurduq. Bəzən rəqibə fürsətlər verdik. İşimiz çoxdur, dayana bilmərik".

M.Musayev şənbə günü "Neftçi"yə qarşı keçiriləcək matça qədər futbolçularının bərpa olunmalı olduğunu bildirib:"Bərpa olunmaq üçün kifayət qədər vaxtımız var. Hazırda önəmli olan bu vaxtı düzgün dəyərləndirməkdir. Futbolçularımız maksimum şəkildə diqqətli olmalıdır. Həkimlərlə vaxt keçirməli, tez bərpa olunmalıdırlar. Başqa çarəmiz yoxdur".

Milli.Az


Etiketlər:  Bu gün meydanda xarakter göstərdik Murad Musayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ