Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2022 00:02
Türkiyənin müğənni Alişan və aktrisa həyat yoldaşı Buse Varol boşanmaq qərarına gəlib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, cütlük xəbərin yayılmaması üçün gizli məhkəmə proseslərinə başlayıb və vəkillərinə müraciət ediblər.
Bir müddətdir cütlüyün ayrıldığı iddia olunurdu. Bir neçə gün əvvəl Alişanın qızı Elizin doğum gününə qatılmaması, eləcə də, növbəti gün Busenin Elizin Alişanın anasının evində keçirilən ad gününə qatılmaması bu iddiaları daha da gücləndirmişdi.
Qeyd edək ki, 2018-ci ildə ailə quran Alişan və Buse Varolun iki övladı var.