Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu 3 səbəb Kremlin hücum ehtimalını artırır

Bu 3 səbəb Kremlin hücum ehtimalını artırır

Tarix: 9 Fevral 2022 10:58

Moksvanın hərbi birliklərini sərhədə toplaması fonunda regional gərginliyin artması Rusiyanın Ukraynaya müdaxilə riskini də yüksəldir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq xəbərdarlıq zamanının azaldığını, hücum riskinin isə artdığını vurğulayıb:

"Biz həm də Rusiyadan çox güclü təhdid ritorikası müşahidə edirik, onlar güzəşt etməyimizi tələb edirlər, əks halda hərbi-texniki nəticələri olacağını bildirirlər. Əlbəttə, Rusiyanın Ukraynaya daha əvvəl müdaxiləsi təcrübəsi də var".

Stoltenberq qeyd edib ki, qoşunların sərhədə cəmlənməsi, hədələyici ritorika və Rusiyanın etdiklərini birgə götürəndə, real təhlükə görünür:

"Ancaq biz siyasi həll yolu üzərində işləməyə davam edirik".


Etiketlər:  səbəb Kremlin hücum ehtimalını artırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ