Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2022 15:34
Gələcəyimizi sığortalamaq üçün hər ay əməkhaqqımızdan sosial sığorta haqqı ödəyirik. Beləliklə, bizim pensiya kapitalımız formalaşır. Düşünürük ki, vaxtı çatanda bu vəsaitdən bəhrələnəcəyik. Ancaq çoxlarını düşündürən bir sual var: Əgər sığortaolunan dünyasını dəyişərsə, hamin katipalın aqibəti necə olur?
Qanunvericiliyə əsasən, vəfat edən şəxsin pensiya kapitalı müqabilində onun ailə üzvlərinə müavinət təyin edilir. Bunun üçün isə ailə üzvlərinin yaşı 18-dən az olmalıdır. Həmin şəxslər tələbə olarsa, 23 yaşınadək bu müavinətləri ala bilərlər. Burada isə daha bir sual ortaya çıxır: Vəfat edən şəxsin ailə üzvlərinin yaşı 18-dən yuxarıdırsa və ya əlilliyi yoxdursa, o zaman bu vəsait hara yönəldilir?
Ekspert Turab Rzayev deyir ki, vətəndaşın pensiya kapitalı onun öz şəxsi vəsaitdir. Onun sözlərinə görə, pensiya kapitalının əlçatanlığının təmin olunması üçün dünya təcrübəsindən yararlanmaq olar.
Millət vəkili Vüqar Bayramov isə bildirir ki, vətəndaşın pensiya kapitalına yığılan vəsait mövcud müavinətlərin ödənilməsinə sərf edilir. O, bu prosedurun təkmilləşdirilməsi istiqamətində müzakirələrin aparıldığını da deyir.
Vüqar Bayramovun sözlərinə görə, pensiya kapitalından səmərəli istifadə məsələsi yaxın vaxtlarda Milli Məclisdə dinləmələrə çıxarılacaq.
Sonxeber.net "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir: