Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Düdelanj'' - ''Qarabağ'' oyununa biletin qiyməti - 150 avro

''Düdelanj'' - ''Qarabağ'' oyununa biletin qiyməti - 150 avro

Tarix: 5 Sentyabr 2019 10:16

"Düdelanj"ın Avropa Liqasının qrup mərhələsində APOEL,"Qarabağ" və "Sevilya" ilə "Jozi Bartel" stadionunda keçiriləcək ev oyunları üçün biletlərin qiyməti açıqlanıb.

Qol.az-ın Lüksemburq mətbuatına istinadən yaydığı xəbərə görə, qiymətlər sektorlardan asılı olaraq 75, 100 və 150 avro arasında dəyişəcək.

Əvvəlcə sentyabrın 13-də "Qızıl kart", abunə və ya üzvlük kartı olanlar üçün bilet satışı başlanacaq. Qalan biletlər isə sentyabrın 14-ü satışa çıxarılacaq.

Xəbərdə həmçinin klub rəhbərliyinin "Sevilya" və "Qarabağ"la səfər matçlarına  azarkeş aparmağı planlaşdırdığı vurğulanıb. Bununla bağlı məlumat veriləcəyi bildirilib.

 


Etiketlər:  Düdelanj Qarabağ oyununa biletin qiyməti avro


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ