Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı dərsi: Kiyev İrəvanın səhvlərini təkrarlamaq istəmir

Bakı dərsi: Kiyev İrəvanın səhvlərini təkrarlamaq istəmir

Tarix: 10 Fevral 2022 12:36

Ermənistan və Azərbaycan arasında 2020-ci ilin sentyabr ayının sonlarında başlayan və 44 gün davam edən müharibə gözlənildiyi kimi Ukraynalı ekspertlər, jurnalistlər, akademiklər, siyasətçilər arasında da geniş müzakirələrə yol açdı. Bakının Türkiyə istehsalı olan Bayraktar TB2 PUA-lardan qətiyyətlə istifadə etməsi Ukraynanın da Rusiya təcavüzünə qarşı analoji addımlar atmalı olduğunu ön plana çıxardı.

Lakin, analitik Olena Lennonun fikrincə, hər iki ölkənin ortaq problemi olan Rusiyanın dəstəklədiyi separatçı rejimlərlə mübarizə Ukraynanın Azərbaycana rəğbət bəsləməsinə səbəb olsa da, hərbi-strateji cəhətdən iki ölkənin müqayisə olunması yalnışdır. Azərbaycanın döyüş PUA-larından istifadə etməsi, şübhəsiz ki, Ukraynaya dəyərli taktiki dərslər verir, lakin strateji və siyasi müstəvidə Ermənistanın təcrübəsi daha çox öyrədicidir. Bunların arasında ən başlıcası, Ermənistanın əvvəlki hərbi qələbələrdən, idealist millətçilikdən, qrup düşüncəsindən və beynəlxalq dəstəyə həddən artıq güvənməkdən qaynaqlanan müharibə nikbinliyidir.

Sonxeber.net bildirir ki, Ukraynanın təkmilləşmiş döyüş hazırlığı, müdafiə və hücum bacarığı sözsüz ki, potensial eskalasiya zamanı Rusiya üçün xərcləri artıracaq, lakin Rusiyanin mümkün hərbi əməliyyatları siyasi maraqlarına strateji baxımdan mütənasib olaraq ölçüləcək. Məhz bu səbəbdən Rusiya Azərbaycana qarşı mübarizədə Ermənistana yardım etməyə tələsmədi. Eynilə Azərbaycan üçün də Qarabağ müharibəsi yalnız hərbi imkanlarının funksiyası deyil, həm də çoxdan düşünülmüş torpaqların qaytarılması kimi siyasi məqsədə xidmət etmişdir. Əgər Rusiya da Ukraynanı vacib siyasi güzəştlərə getməyə (öncədən P. Poroşenkonu Minsk-II müqaviləsini imzalamağa məcbur etdiyi kimi) vadar edəsi olsa, vəziyyəti buna uyğunlaşdıra bilər.

Ukraynanın ərazi bütövlüyünün inkar edilməsi Rusiyaya nələrsə qazandırmaqdan daha çox Qərbin sanksiyalarını artıra biləcəyi üçün Rusiya özlüyündə status-kvonu hərbi yollarla dəyişməyə tələsmir. Bu sadəcə Kiyevə dərs vermək üçün yox, daha çox Soyuq müharibə sonrasında Qərb dövlətlərini Avropada təhlükəsizlik nizamını yenidən tənzimləməyə məcbur etmək üçün düşünülüb. Baxmayaraq ki, diplomatik həll ümidi olduqca azdır, ABŞ və NATO kompromisə getməyə etiraz etsə də, Qərb liderləri Rusiya ilə danışıqlara hazır olduqlarını bildiriblər. İstənilən halda Rusiyanin Ukraynaya hərbi təcavüzünün mümkünlüyü, zamanı və tərzindən aslı olmayaraq Ukraynanın ərazi bütövlüyünün bərpası siyasi həll tələb edəcək.

Ümumilikdə, Ermənistanın Azərbaycanla apardığı müharibə beynəlxalq tərəfdaşlar və müttəfiqlərə, eləcə də Rusiyaya arxalanmamalı olduğunu göstərdi. Qərb hələlik Rusiyanın tələblərinə tabe olmamaqda qətiyyət nümayiş etdirsə də, Ukrayna Qərbdən gələn hərbi, iqtisadi və siyasi dəstəyə həddindən artıq güvənməməlidir. Belə ki, Rusiyanın iqtisadi sanksiyalarla hədələnməsinə baxmayaraq, nə NATO-dan "ölümcül" addım atılıb, nə də ABŞ Konqresi 2022-ci il üçün Milli Müdafiə Aktına Şimal Axını 2-ə qarşı heç bir sanksiya daxil etməyib.

Ermənistanın təcrübəsindən növbəti dərs çıxarılası hekəyə isə qrup düşüncəsinə qərq olmuş və xüsuilə də siyasi qütbləşmənin, müharibə yorğunluğunun nəticəsində yanlış hesablamalara gətirib çıxaran siyasi mədəniyyətdir ki, uzaqgörən (geo)siyasi yanaşma və təhlil olmasa Ukraynada Rusiya propoqandasının qarşısını almaq çətin olacaq. Bu düşmən barədə müəyyən illuziyaların yaranmasına səbəb olub, Ukraynaya hərbi müstəvidə baha başa gələ bilər ki, biz bunu Ermənistan misalında gördük.

Lennon qeyd edir ki, Ukrayna həmçinin daxili siyasətdə də diqqətli olmalı, ölkənin "Avroatlantik istəklərini" tənqid edən ölkədaxili qrupları "Rus təbliğatı" kimi qələmə verməməlidir. Əks halda bu, söz azadlığını pozmaqla yanaşı, ölkənin daxili siyasi dinamikasını anlamaqda sadəcə korluq effekti yarada bilər. Analitik vurğulayır ki, Zelenskinin lazimi islahatlar əvəzinə öz partiyasının reytinqi, siyasi konsensus, müxalif fikirlərin yatırılmasına fokuslanması Ukrayna üçün fəlakətli ola bilər.


Etiketlər:  Bakı dərsi Kiyev İrəvanın səhvlərini təkrarlamaq istəmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ