Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2022 21:20
Məşhur ifaçı, "Evrovision-2011"in qalibi Eldar Qasımov cinsi oriyentasiyası ilə bağlı sualı cavablandırıb.
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, müğənni ona ünvanlanan "Sizi çox vaxt qeyri-ənənəvi cinsi oriyentasiya nümayəndələrinə aid edirlər. Bu barədə nə düşünürsünüz?" sualına aşağıdakı cavabı verib:
"Mən belə söz-söhbətlərə fikir vermirəm. Və mən başa düşmürəm ki, niyə seçimimə görə kiminsə qarşısında özümə haqq qazandırmalıyam. Bilirsiniz, bizim cəmiyyətimiz elədir ki, bəzən nə paylaşsan da, sənin seçimini bəyənməyənlər tapılacaq. Hər kəsin fikrinə və seçiminə hörmət etmək vacibdir. Hər halda hesab edirəm ki, insanın şəxsi həyatı gizli qalmalıdır".