Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu xəstəlikləri olanlar mütləq balqabaq yesin! Faydaları

Bu xəstəlikləri olanlar mütləq balqabaq yesin! Faydaları

Tarix: 13 Fevral 2022 08:57

Şübhəsiz ki, balqabaq ən faydalı tərəvəzlərdən biridir. Onun tərkibində müxtəlif vitamin və minerallar, qıdalı liflər və s. vacib maddələr var.

Balqabaq bir çox xəstəliklər və pozulmalar zamanı yaxşı kömək edir.

- Saglamolun.az xəbər verir ki, qəbizlikdən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq bağırsaqların normal fəaliyyəti üçün çox vacib olan kalium və qidalı liflərlə zəngindir.

- Dəmir və mislə zəngin olduğundan balqabaq qanın tərkibini yaxşılaşdırır və bu səbəbdən qanazlığı zamanı faydalıdır.

- Balqabaq qaraciyərin ən sevimli tərəvəzidir.

- Kaliumla zəngin olan balqabaq ürək və damarların sağlamlığını qoruyur.

- Balqabaq beta-karotinlə zəngindir. Beta-karotin orqanizmdə A vitamininə çevrilir. Bu vitamin yaxşı görmə üçün çox vacibdir.

- Balqabaq orqanizmi çox yaxşı təmizləyir və cavanlaşdırır.

- Balqabaq sidikqovucu xüsusiyyətlərə malikdir ki, bu da onu sidik kisəsi, sidik yolları və böyrəklərimiz üçün çox faydalı edir.

- Balqabaq hipertoniyadan əziyyət çəkənlərə fayda verir. Bu tərəvəz təzyiqi aşağı salmağa kömək edir.

- Artıq çəki və piylənmədən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq azkalorili məhsuldur və həmçinin insanı uzun müddət ərzində tox saxlayır.

- Sinklə zəngin olan balqabaq və xüsusilə balqabaq tumları kişi sağlamlığı üçün çox faydalıdır - spermanın tərkibini yaxşılaşdırır, potensiyanı artırır, kişi cinsiyyət sistemi xəstəliklərinin riskini azaldır.

- Balqabaq immun sistemini möhkəmləndirir, dəriyə çox müsbət təsir edir, dərini cavanlaşdırır.


Etiketlər:  xəstəlikləri olanlar mütləq balqabaq yesin Faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ