Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2022 18:32
Ukrayna hakimiyyəti münaqişənin siyasi və diplomatik yolla həllinin tərəfdarıdır və təxribatlara boyun əyməyəcək.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Şurasının prezidenti Şarl Mişellə telefon danışığı zamanı deyib.
"Biz bütün riskləri başa düşürük və istənilən ssenarinin inkişafına hazırıq. Amma biz 2014-cü ildən bu vəziyyətdəyik. Və bu gün bizim üçün əsas düşmənimiz panikadır", - Zelenski bildirib.