Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2022 20:26
Amerika hərbçiləri Rusiyanın bu ölkəni "işğal" edəcəyi təqdirdə Ukraynada döyüşməyəcək.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu bəyanatla bu gün Em-es-en-bi-si telekanalının efirində Pentaqonun mətbuat katibi Con Kirbi çıxış edib:
"ABŞ Prezidenti Co Bayden ABŞ hərbçilərinin Ukraynada döyüşməyəcəyini açıq şəkildə bildirib".
Kirbinin fikrincə, ABŞ əsgərlərinin hətta ölkədən Amerika vətəndaşlarının çıxarılması üçün istifadə edilməsi "səhv hesablama riskini və Rusiya ilə Amerika hərbi qüvvələri arasında toqquşma ehtimalını artıracaq". Pentaqonun sözçüsünə görə, bu məsələ vəziyyəti "yeni səviyyəyə" gətirə bilər.