Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaşadığı ünvanı tərk edən iki COVID-19 xəstəsi saxlanılıb

Yaşadığı ünvanı tərk edən iki COVID-19 xəstəsi saxlanılıb

Tarix: 14 Fevral 2022 09:06

Hacıqabul rayonunda yaşadığı ünvanı tərk edən iki COVID-19 xəstəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Hacıqabul rayon sakini Ə.Ağayev karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. O, rayon ərazisində şöbə əməkdaşları tərəfindən aşkar olunub və yaşadığı ünvana qaytarılıb.

COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin olunan rayon sakini Q.Aslanov da qoyulan qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib. Polislər tibbi prosedurları gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.

Hər iki şəxs barəsində Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Milli.Az


Etiketlər:  Yaşadığı ünvanı tərk edən iki COVID 19 xəstəsi saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ