Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2022 17:48
ABŞ-ın Əfqanıstanda terrorizmə qarşı mübarizəsi ölkədə daha çox terrorçunun meydana gəlməsinə səbəb oldu.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan Baş naziri İmran Xan deyib.
Dövlət xadimi bildirib ki, ABŞ bu yöndə fəaliyyəti ilə bağı amerikalılara yalan söyləyir:
"Kəndlərdə partlayan bombalar necə terrorçuları hədəfləyə bilər? ABŞ pilotsuz uçuş aparatları ilə bağlı siyasətinə yenidən nəzər yetirməlidir".
Pakistan baş naziri qeyd edib ki, Əfqanıstanda ölkəsi ABŞ-la birgə hərəkət etdiyinə görə intiqam xarakterli hücumlara məruz qalıb:
"Bütün ölkə ərazisində kamikadzelər var idi. 80 min insan itirdik".
İmran Xan onu da əlavə edib ki, Əfqanıstanda Talibanın alternativi yoxdur və Vaşinqtonun onlarla diplomatik münasibətlər qurması gərəkdir.