Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2022 19:18
Ölkəmizdə yeni enerji növlərinin istehsalı üzrə ciddi iş aparılır. Hazırda Azərbaycan dünyada nadir ölkələrdəndir ki, həm xam neft, təbii qaz, neft məhsulları və həm də elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir. Eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, ekspertlərin fikrincə, gücü 750 meqavat olan ''Yaşma'' yarımstansiyanın və 385 meqavat gücündə "Qobu" Elektrik Stansiyasının istifadəyə verilməsi birbaşa ölkənin enerji dayanıqlığına xidmət göstərəcək.
İqtisadçı- ekspert Elşad Məmmədovun sözlərinə görə, 2021-ci ildə ölkədə istehsal olunmuş elektrik enerjisinin təqribən 5 faizdən çoxu ixraca istiqamətlənib. Bu onu deməyə əsas verir ki, Azərbaycan həm də elektrik enerjisi ixracatında yerini möhkəmləndirmək niyyətindədir.
Həmçinin Zəngəzur dəhlizinin reallaşdırılması ölkəmizin enerji ixracatına böyük töhfə verəcək.
Ekspert hesab edir ki Türkiyə istiqamətində ixrac genişlənəcək. Beləliklə, enerji sahəsində dayanıqlı inkişafın təmin olunması və ixracın genişləndirilməsi üçün proses davamlı və nəticəyönümlü xarakter daşımaqla ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: