Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2022 03:45
"Bu janrda ilk oxuyan, onu icad edən mənəm. Amma görürsən, qsıqanclıqlar çox olur, lazımsız sözlər eşidirsən. Elə adamlar var ki, onlardan gözləmirsən, amma onlar da nəsə deyir. Getdikcə bəzilərinin gerçək üzü ortaya çıxır".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Üzeyir Mehdizadə "Şourum" proqramında deyib. Sənətçi bir çoxlarının onu təkrarlamasından danışıb.
"Bir ara bu janrda o qədər oxudular ki, özüm kənara çəkildim. Hər kəs istəyir ki, uğurlu iş görsün. Amma bu qədər yox, ağını çıxartmaq lazım deyil. Hər şeyin həddi var. Qulağıma çatır, aranjimançılara da deyirlər ki, gələn sənətçilər deyir Üzeyirin mahnısı kimi o, ritm olsun. Burdan bu səsi, o səsi, ritmi götürüm olmaz".
Proqramda yer alan müğənni Sevda Yahyayeva da bir çox sənət adamlarının ifa tərzini Üzeyirin mahnılarına oxşatdığını söyləyib:
"Özünü ona oxşadanlar var. Onun kimi olacaq, olmayacaq bilmirəm. Adını çəkməyəcəm. Amma bir neçə nəfər var ki, özlərini Üzeyirə oxşadır".