Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Beşiktaş” qələbəni əldən verdi

“Beşiktaş” qələbəni əldən verdi

Tarix: 15 Fevral 2022 08:54

Türkiyə Superliqasında 25-ci tura yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə iki görüş keçirilib.

Üç qolun qeydə alındığı "Hatayspor" - "Göztəpə" matçında meydan sahibləri qələbə qazanıb. "Beşiktaş" isə "Adana Dəmirspor"la üz-üzə gəlib. İstanbul təmsilçisi bu oyunda qələbəni son anda əldən verib.

14 fevral

"Adana Dəmirspor" - "Beşiktaş" - 1:1
Qol
: S.Akaydın, 90+2 - A.Teyşeyra, 31.

"Hatayspor" - "Göztəpə" - 2:1
Qol: 
Diuf, 36. El Kaabi, 45 - H.Akbunar, 59.

Turnir cədvəlinə 60 xalla "Trabzonspor" başçılıq edir. "Konyaspor" 48 xalla 2-ci, "Adana Demirspor" 41 xalla 3-cü, "Başakşehir", "Alanyaspor", və "Fənərbaxça" 40 xalla uyğun olaraq 4, 5 və 6-cı,  "Hatayspor" 39 xalla 7-ci, "Beşiktaş" 38 xalla 8-ci pillədə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Beşiktaş qələbəni əldən verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ