Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ginnesin Rekordlar Kitabı”ına düşmək istəyən 8 yaşlı azərbaycanlı - VİDEO

“Ginnesin Rekordlar Kitabı”ına düşmək istəyən 8 yaşlı azərbaycanlı - VİDEO

Tarix: 15 Fevral 2022 19:48

Əkrəm Qədirli 2014-cü il təvəllüdlüdür. Fevralın 6-sı 8 yaşı tamam olub. Ailəsi ilə birgə Ağdamın Mahrızlı kəndində yaşayır.

Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, Əkrəmi digər uşaqlardan fərqləndirən qeyri-adi istedadı var. O dəqiqələrcə yerində fırlanır. Ailənin bildirdiyinə görə, nə başı dönür, nə də başqa diskomfort yaşayır. 2-ci sinif şagirdi olan Əkrəmin bu istedadı təxminən 3 yaşında ikən kəşf olunub. O yaşda uşaq yerində dayanmadan fırlandıqda başı dönər, ya da yıxılar. Əkrəm isə bunu rahat şəkildə fasiləsiz edirmiş. Zamanla ailə uşağın maksimum necə dəqiqə fırlana biləcəyini hesablamağa çalışıb. Nəticə budur ki, Əkrəm ən azı 9 dəqiqə dayanmadan fırlana bilir.

Ailənin Əkrəmlə bağlı ümidləri böyükdür. Əkrəmin adının "Ginnesin Rekordlar Kitabı"na salınmasını istəyirlər. Hətta gələcəkdə bu istedadın kosmonavt olmaq üçün yetərli olacağını düşünürlər. Buna görə də ailənin təmənnası budur ki, dövlət Əkrəmi xüsusi istedadlı uşaq kimi diqqətdə saxlasın.

Qeyd edək ki, bu günə kimi bir neçə uşaq xüsusi istedadına görə fərqləndiyinə görə "Ginnesin Rekordlar Kitabı"na düşə bilib.

Rumıniyalı Culiano Stroe 5 yaşında ayağına 15 kiloqramlıq gimnastika topunu bağlayaraq 10 metrlik məsafəni qət edib. Omsk sakini Anna Belış 13 yaşında trosla 2,5 ton ağırlığında 2 avtomobil dartıb. Britaniyalı Oskar Riqli 9 aylığından nəinki danışmaq, hətta böyük olmayan söz birləşmələri söyləməyə başlayıb. Hindistanlı Karan Sinqx dünyanın ən hündür uşağı kimi 170 santimetr boyla rekordlar kitabına daxil olunub..

Ümid edək ki, azərbaycanlı Əkrəm Qədirli də bu siyahıya düşə biləcək.


Etiketlər:  Ginnesin Rekordlar Kitabıına düşmək istəyən yaşlı azərbaycanlı VİDEO


RƏYLƏR