Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2022 22:30
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya bölmələrinin sərhəddən geri çəkilməsi məlumatı ilə bağlı paylaşım edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, nazir Tvitter səhifəsində yazıb:
"Rusiyanın bəzi qüvvələrinin Ukrayna sərhədindən çıxarılması ilə bağlı bəyanatları haqda. Ukraynada bir qaydamız var: eşitdiyimizə inanmırıq, gördüyümüzə inanırıq. Bu bəyanatlardan sonra real geri çəkilmə olarsa, biz real deeskalasiyanın başlanğıcına inanacağıq".