Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2022 18:48
"Eşkiya dünyaya hükümdar olmaz" serialının ulduzu Ozan Akbaba və azərbaycanlı sosial şəbəkə istifadəçisi arasında qalmaqal yaşanıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, buna səbəb izləyicinin aktyor Elşən Orucovun Ozanla bağlı paylaşımına şərh yazması olub. Belə ki, abunəçi aktyora "Bir çox azərbaycanlıların sevimlisidir. Amma nədənsə Azərbaycanda olduğunu demir və bu haqda danışmır",- rəyini yazıb.
Ozan sözügedən şərhdən narahat olaraq sözügedən şəxsə cavab verib.
"Niyə sosial media hesabından Azərbaycana aid heç nə paylaşmır deyən, söyən sənin kimi çox insan var. Azərbaycana aid heç nə mənim üçün göstəriş üçün deyil və ona görə paylaşım etmirəm. Gəlirəm, dostlarımı görürəm, gedirəm. Sənin və sənin kimilər üçün də problem yoxdursa, öz sosial media hesablarımdan paylaşımlarıma davam etməyimə icazə verirsən?!
Səndən icazə ala bilsəm, xoşbəxtəm. Bir də on sual işarəsi qoymusan. Demək ki, mənim bilmədiyim, amma sənin bildiyin bir şey var. Sən mənim yerimə cavabla, səncə niyə paylaşım etmirəm?!",- deyə serial ulduzu bildirib.