Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2022 07:46
"Heç bir avrokubok oyunu asan keçmir. Biz bu gün nəticə əldə etmək üçün bura gələn və yaxşı futbol oynayan komanda gördük". Sonxeber.net matc.az-a istinadən bildirir ki, bunu "Marsel"in hücumçusu Dimitri Payet Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirilən ilk oyun barədə danışarkən deyib.
3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada son nöqtəni qoyan ulduz futbolçu nəticədən razılıq bildirib: "Daha yaxşı çıxış edə bilərdik. İkili qarşıdurmada hər şeydən əvvəl nisbətən daha çox top fərqi ilə qələbəni təmin etmək lazımdır. Bunu da bacardıq. Həmçinin bir az nəfəs almaq mənə ən böyük xeyir verdi. Az oynayan futbolçular da meydanda çıxmaq şansı qazandılar. Hər kəsə ehtiyacımız olacaq, ona görə də hamımız eyni səviyyədə olmalıyıq".