Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2022 13:55
"İnsanın insana sayqısı olmalıdır, hörmət etməlidir. Sənin varlığın belə qıcıq yarada bilər. Mənim zoruma gedən odur ki, insan dünyasını dəyişir və başlayırlar onu söyməyə".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Günün sədası" proqramında deyib. Müğənni sosial şəbəkədə yazılan tənqidlərdən bəhs edib:
"Sosial şəbəkədə heç yaxşı tərəf görmürəm. Sosial şəbəkələrdə insanlara qarşı bir qıcıqlıq var. Çətin bir haldır".