Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnşaat materiallarının keyfiyyəti necədir? - VİDEO

İnşaat materiallarının keyfiyyəti necədir? - VİDEO

Tarix: 18 Fevral 2022 14:24

Bir çox tikinti materiallarının keyfiyyəti olduqca aşağıdır.

Memar Muxtar Ərturan bu fikirdədir. Onun sözlərinə görə xüsusilə çoxmənzilli yaşayış binalarının inşasında kifayət qədər aşağı keyfiyyətli materiallardan istifadə olunur. Nəticədə isə ya mənzillər arasında səskeçiricilik problemi yaranır, ya divarlarda qabarmalar əmələ gəlir, ya da qapı və pəncərələr tez sıradan çıxır.

Muxtar Ərturanın sözlərinə görə, bazarda keyfiyyəti aşağı olan digər tikinti materiallarına da rast gəlmək olar.

Təmir-tikinti işləri üzrə ekspert Elnur Azadov dabazardakı tikinti materiallarının keyfiyyətinin aşağı olduğu qənaətindədir.

Satıcılar isə deyir ki, hazırda bazarda yerli materiallara daha çox təlabat var.

Satıcıların sözlərinə görə, bazarda qiymətləri keyfiyyət müəyyənləşdirir. Yəni daha keyfiyyətli inşaat materialı almaq üçün daha çox pul xərcləmək lazımdır.

Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:


Etiketlər:  İnşaat materiallarının keyfiyyəti necədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ