Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana ərzaq məhsullarının idxalının artma səbəbi nədir? - VİDEO

Azərbaycana ərzaq məhsullarının idxalının artma səbəbi nədir? - VİDEO

Tarix: 18 Fevral 2022 19:20

2020-ci  illə müqayisədə ötən il ölkəmizdə bir sıra ərzaq məhsullarının idxalında artım olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə xam şəkər idxalı 1,9 dəfə, unlu qənnadı məmulatları - 21,4 faiz, kartof - 17,7 faiz artıb.Bundan başqa, təzə tərəvəz - 12,4 faiz, şokolad və şokolad məhsulları - 11,5 faiz, quş əti və onun əlavə məhsulları - 3,7 faiz, təzə meyvə isə 1,1 faiz artıb.

Xezerxeber.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departasment rəhbəri Nicaq Hacızadə deyib ki, ötən il ticarət dövriyyəsinin 23 milyard 850 milyon dollarını və ya 67,1 faizini ixrac, 11 milyard 705 milyon dollarını, yəni 32,9 faizini  isə idxal təşkil edib.

Bəs ötən il ərzində xüsusilə də ərzaq məhsullarının ölkəmizə idxalında artımın olmasına səbəb nədir? Nicat Hacızadə bunu bir sıra amillərlə izah edib. Onun fikrincə, 2020-ci ildə pandemiya səbəbindən ölkədə ictimai iaşə və bir sıra obyektlərin bağlı olması idxalın azalmasına səbəb olmuşdu. Ancaq ötən il fərqli mənzərə yaşandı.

Nicat Hacızadə bildirib ki, daxili tələbdəki qida məhsullarının strukturunda hazır ərzaq məhsullarında yerli istehsalın payı çoxdur. Yəni, daxili tələbdə idxalın payı təxminən 20-25 faizdir.

Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:


Etiketlər:  Azərbaycana ərzaq məhsullarının idxalının artma səbəbi nədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ