Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxanların xasiyyəti niyə dəyişir? – ALİMLƏR

Koronavirusa yoluxanların xasiyyəti niyə dəyişir? – ALİMLƏR

Tarix: 19 Fevral 2022 21:36

Alimlər kovid keçirmiş insanların psixikasında və xasiyyətində mənfiyə doğru dəyişikliklərin baş verdiyini hesab edir.
Medicina.az xəbər verir ki, Vaşinqton Universitetinin alimləri kovid keçirmiş insanlar üzərində psixoloji araşdırmanın nəticələrini elan edib.

Onlar 153 min kovid keçirmiş insanın tibbi məlumatlarını araşdırıb.

Onlar kovid xəstələrini heç kovid keçirməyən və ya qrip keçirən digər insanlarla müqayisəli təhlil edib.

Nəticələr göstərib ki, kovid keçirənlərdə təşviş pozuntusu 35%, depressiya isə 45% daha çox rast gəlinir, nəinki digər insanlar.
Yoluxanların 42%-də yuxu pozulması, 80% neyrokoqnitiv dəyişiklikdən əziyyətr çəkir.

Onların fikri dumanları olur, yaddaşı zəifləyir, sözləri unudur.

Bu hallar onların xarakter və davranışını da dəyişib.

Xəstələr onlarda nə baş verdiyini anlamır, ətrafa qarşı aqressiv olur.

Mütəxəssislər bunun səbəbini virusun baş beynin müdafiə baryerini pozub hüceyrə səviyyəsində neyron bağlara təsir etməsində görüb.
Ona görə kovid xəstələrinə bir müddət anlayışlı davranıb, diqqət göstərmək lazımdır.


Etiketlər:  Koronavirusa yoluxanların xasiyyəti niyə dəyişir ALİMLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ