Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 11:42
ABŞ Rusiya banklarından edilən əməliyyatların emalına qadağa qoymaq niyyətindədir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bununla bağlı ABŞ administrasiyası Rusiyaya qarşı ilkin sanksiyalar paketi hazırlayıb.
Paketin əsas müddəalarından ən əsası iri Rusiya banklarından əməliyyatlara qadağa qoyulmasıdır.
Məhdudiyyətlər Rusiyanın Ukrayna ərazisində başlatdığı hərbi təlimlərə görə tətbiq olunur.
Beynəlxalq maliyyə qurumlarına Rusiya kredit təşkilatlarının əməliyyatlarının emalını qadağan etmək təklif olunur. Beləliklə, Rusiya Federasiyasının bankları beynəlxalq maliyyə bazarından faktiki olaraq təcrid edilə bilər.
Sanksiyalarla üzləşəcək Rusiya banklarının adı isə açıqlanmır.