Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

8 Noyabr prospektindəki təmir nə vaxt bitəcək? - FOTO

8 Noyabr prospektindəki təmir nə vaxt bitəcək? - FOTO

Tarix: 21 Fevral 2022 12:24

Xəbər verdiyimiz kimi, 8 Noyabr prospektində bir həftədir yollar qazılsa da, heç bir təmir işi aparılmırdı. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "Qafqazinfo"ya aparılan təmir işlərinin yaxın günlərdə yekunlaşacağını bildirib.

"Bizə də bu istiqamətdə müraciətlər, şikayətlər daxil olub. Məsələ agentliyin rəhbərliyinin nəzarəti altındadır. Rəhbərlik tərəfindən tapşırıq verilib ki, həm yol nişanlarının quraşdırılması, həm də təmir işləri ən qısa zamanda öz həllini tapsın", - deyə Anar Nəcəfli qeyd edib.

Mətbuat katibi əlavə edib ki, prospektdə qazılan, yarımçıq saxlanılan hissələrdə təmir işləri sabah və ya birisi gün yekunlaşacaq.

Milli.Az


Etiketlər:  8 Noyabr prospektindəki təmir vaxt bitəcək FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ