Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2022 19:15
Əməkdar artist Elton Hüseynəliyev efirlərə çıxmaq üçün pul tələb edən müğənnilər Xatirə İslam, Natavan Həbibi və reper Elşad Xoseyə etiraz edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, müğənni "Şourum"da deyib: "Onlar mənim sənət dostum yox, həmkarlarımdır. Dost sözünün qabağında nəsə olmur. Onların yanaşması qeyri-peşəkardır. Ha deyin ki, 100 minə toya gedirəm. Görün o qiymətə çağıran var?
Reallıq var. Reallığı qəbul etmək lazımdır. Deyirlər pul verin, verilişə gəlim. Gəlmirsən gəlmə. Fikir yaxşıdır. Amma xəyaldadır. Sözümdən inciməsinlər. Biz insanlar xəyallarda yaşamağı sevirik".