Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sərrast, dəqiq, aydın, ədəbi dildə nitq'' - Solovyov Azərbaycan Prezidentinin çıxışı barədə - VİDEO

''Sərrast, dəqiq, aydın, ədəbi dildə nitq'' - Solovyov Azərbaycan Prezidentinin çıxışı barədə - VİDEO

Tarix: 23 Fevral 2022 14:36

"Sərrast, dəqiq, aydın, ədəbi dildə nitq". Rusiyanın tanınmış teleaparıcılarından və hakimiyyət təbliğatçılarından olan, indiyədək ermənipərəsti mövqeyi ilə tanınan Vladimir Solovyov Kremldə RF Prezidenti Vladimir Putinlə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını belə dəyərləndirib.

"Rossiya 1" telekanalındakı "Vladimir Solovyovla axşam" verilişində Azərbaycanla Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə müzakirə olunub.

"Bu gün (dünən, - red.) Kremldə Rusiya və Azərbaycan arasında müttəfiqlik münasibətləri barədə müqavilə imzalandı. Və orada dəqiq, sərrast, anlaşılan dildə danışan, müvafiq görkəmdə olan iki prezident sayğı doğurur. Baxın! (studiyada Prezident İlham Əliyevin çıxışı nümayiş olunur, - red.). Sərrast, dəqiq, aydın, ədəbi dildə nitq", - V.Solovyov deyib.

V.Solovyov daha sonra bildirib ki, bu müqavilə Rusiyanın başqa dövlətlərlə münasibətlərinin olub-olmaması, onun nə dərəcədə təcrid vəziyyətində qalması barədə Britaniyanın baş naziri Boris Consona cavabdır.


Etiketlər:  Sərrast dəqiq aydın ədəbi dildə nitq Solovyov Azərbaycan Prezidentinin çıxışı barədə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ