Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2022 17:50
Sumqayıtda yerləşən "New city" yaşayış kompleksinin sakinləri evlərinə sənəd ala bilmirlər.
Onların mənzilləri olsa da, yaşadıqları evlərə çıxarış almaqda problemlə üzləşiblər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər iddia edir ki, MTK rəhbərliyi üzərinə düşən öhdəliyi tam yerinə yetirə bilmir. Ev alan şəxslər pullarını ödəsələr də, çıxarış ala bilmirlər.
Sözügedən "New City" yaşayış kompleksinin direktoru Fərman Şükürov bildirib ki, sakinlərin şikayəti tam haqlıdır. Onun sözlərinə görə, MTK tərəfindən lazımi sənədlər Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinə təqdim edilib. Hətta bu idarənin icazəsi ilə binada layihə dəyişikliyi olunub. Sonra tələb olunan bütün sənədlər şəhər icra hakimiyyətinə göndərilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsindən bildirilib ki, binaya baxış keçirilib, binanın əsas girişi bağlanıb və digər tərəfdən giriş açılıb. Bundan əlavə, lazımi sənədlər təqdim olunmayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: