Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 11:40
11:38
Rusiya qoşunları Çerniqov, Sumı, Luqansk, Xarkov vilayətlərində dövlət sərhədini pozub.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində Ukraynanın bir neçə hərbçisi yaralanıb.
"Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları düşməni dayandırmaq üçün bütün tədbirləri görür", - məlumatda vurğulanıb.
--------
10:58
Rusiyanın Silahlı Qüvvələri işğal altındakı Krımdan hücuma keçməyə başlayıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda yarımadanın inzibati sərhədindən hərbi texnikanın keçməsi müşahidə olunur.