Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 18:15
"Müğənni əvvəl paxıl olmamalıdır. Qrupunda hamıya dəstək olmalısan. Nə olar bir 100, 200 manat artıq verəndə? Hərtərfli anlayış olmalıdır. Heç vaxt insanları incitməmişəm. 3 min, 4 min, nə veriblər onu da götürmüşəm. Ondan artıq verəndə götürməmişəm. Vəzifəli şəxs də verəndə almıram. Çünki olursan ondan asılı. Başqa məclisdə olanda deyirlər filankəs oturub, gedib görüşməlisən. Getməyəndə başına qaxırlar".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "7 canlı" proqramında deyib. Müğənni sənət adamlarının toyda özlərini aparmasından gileylənib:
"Bəzən toylarda görürəm müğənnilər gedir qonağın başının üstünü kəsdirir ki, hörmət etsinlər. Bu sənət ağa kimidir. Bunu ağa kimi işlətməlisən. İstedadın varsa, fəxr etməlisən. Müğənni özünü böyük aparmamalıdır. Müğənni milyonçu olmayıb heç vaxt. Xalqdan biridir".