Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2022 14:12
Bu gün Bakıda keçirilən Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Misirin Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
KOBİA-dan Sonxeber.net-a verilən məlumata görə, sənədi Misir Ərəb Respublikasının Beynəlxalq əməkdaşlıq naziri xanım Rania Al-Mashat və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.
Memorandum hər iki ölkənin KOB-ları arasında, xüsusilə startap və qadın sahibkarlığı sahəsində əməkdaşlıq, məlumat və təcrübə mübadiləsi, birgə tədbirlərin təşkili kimi istiqamətləri əhatə edir.
Komissiyanın iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov hər iki ölkənin KOB-larının iştirakı ilə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib.