Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Omikronun BA.2 subvariantı ciddi narahatlıq doğurur - ÜST-dən XƏBƏRDARLIQ

Omikronun BA.2 subvariantı ciddi narahatlıq doğurur - ÜST-dən XƏBƏRDARLIQ

Tarix: 25 Fevral 2022 22:02

Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 virusunun Təkamülü üzrə Texniki Məsləhət Qrupunun (TAG-VE) iclası keçirilib.

Milli.Az xəbər verir ki, iclasdan sonra verilən açıqlamada "omikron"un BA.1 və BA.2 alt variantlarının yoluxuculuğu qiymətləndirilib.

BA.2 subvariantı yayılma sürətinə görə "narahatlıq variantı" kimi müəyyən edilib. Qeyd olunub ki, BA.2 yaxından izlənilməyə davam edir və omikron COVİD-19-un dünyadakı ən geniş yayılmış variantıdır. O da məlum olub ki, BA.1 alt variantı ilə müqayisdə BA.2 variantı daha çox infeksiya yaradır.

Həmçinin omikron"a qarşı peyvəndin ilk iki dozasının effektivliyinin hələ də davam etdiyi və gücləndirici dozanın təsir qüvvəsini aydınlaşdırmaq üçün daha çox məlumat tələb olunduğu vurğulanıb.

Digər tərəfdən, ÜST-ün dərc etdiyi həftəlik COVİD-19 hesabatında 14-20 fevral tarixlərində yoluxma və ölüm hallarında əvvəlki həftə ilə müqayisədə müvafiq olaraq 21 faiz və 8 faiz azalma olduğu bildirilib. /medicina.az

Milli.Az


Etiketlər:  Omikronun BA2 subvariantı ciddi narahatlıq doğurur ÜST dən XƏBƏRDARLIQ


RƏYLƏR