Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polşa millisi Rusiya ilə oyundan imtina etdi

Polşa millisi Rusiya ilə oyundan imtina etdi

Tarix: 26 Fevral 2022 14:22

Polşa yığması DÇ-2022-nin pley-offunda Rusiya ilə oynamaqdan imtina edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa deyib.

Öncə qarşılaşmanın Rusiyadan kənarda keçirilməsini tələb edən polşalılar indi də ümumiyyətlə qarşılaşmaların baş tutmamasını istəyir: "Bəsdir söz dedik, əmələ keçmək zamanıdır. Polşa yığması pley-offda Rusiya ilə oynamaq niyyətində deyil. Bu, yeganə düzgün qərardır. Biz İsveç və Çexiya federasiyaları ilə danışıqlar aparırıq ki, FİFA-ya ümumi mövqeyimizi təqdim edək".

Qeyd edək ki, Rusiya - Polşa və İsveç - Çexiya oyunlarının qalibləri arasında matçda Qətər-2022-yə vəsiqənin sahibi bəlli olmalıdır.

Milli.Az


Etiketlər:  Polşa millisi Rusiya ilə oyundan imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ