Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 14:30
Rusiyada ölüm hökmü bərpa oluna bilər.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsini tutan Dmitri Medvedyev bildirib. Ölkəsinin Avropa Şurasındakı üzvlüyünün dayandırıması haqqında danışan Medvedyev qeyd edib ki, bu, ölkədə xüsusilə ağır cinayətlərin qarşısının alınmasında ötrü bir sıra mühüm institutların bərpası üçün yaxşı fürsətdir: "ABŞ və Çində aktiv şəkildə tətbiq olunan ən təhlükəli cinayətkarlar üçün ölüm cəzası kimi..."
Medvedyevin ölüm hökmünün bərpa olunmasının mümkünlüyü ilə bağlı açıqlamasını Federasiya Şurasının Konstitusiya komitəsinin sədri Andrey Klişas münasibət bildirib. O, ölüm cəzasına moratoriyanın Konstitusiya məhkəməsi tərəfindən qoyulduğunu söyləyib: "Mən öz mövqeyimi dəfələrlə bildirmişəm. Bu mövqe dəyişməyib" - o deyib.