Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev Ərdoğana zəng edib

İlham Əliyev Ərdoğana zəng edib

Tarix: 26 Fevral 2022 14:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, ona qardaş Türkiyənin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əlaqələrimizin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.


Etiketlər:  İlham Əliyev Ərdoğana zəng edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ