Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 18:56
Ukrayna Rusiya ilə müzakirələrdan imtina etdiyi iddialarını təkzib edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Unian" yayıb.
"Bu, doğru deyil. Biz qarşıdurmaların azalması üçün həqiqi təkliflərə açığıq", - Ukrayna Prezidentinin katibliyindən bildirilib.
Qeyd edək ki, bu gün Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putin dünən günortadan sonra Kiyevlə gözlənilən danışıqlarla əlaqədar Ukraynada qoşunların irəliləyişini dayandırmağı əmr edib, lakin Ukrayna tərəfi danışıqlardan imtina etdiyinə görə, əməliyyat planına uyğun olaraq bu gün günortadan sonra Rusiyanın əsas qüvvələrinin irəliləməsi bərpa edilib.