Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədən gələn avtobus qəzasında xəsarət alanların kimliyi bilindi - Xarici vətəndaşlar da var

Türkiyədən gələn avtobus qəzasında xəsarət alanların kimliyi bilindi - Xarici vətəndaşlar da var

Tarix: 7 Sentyabr 2019 10:00

Bakı. Ceyhun Ələkbərov - Trend:

Gecə Şəmkirdə avtobus qəzasında xəsarət alan şəxlərin kimliyi məlum olub.

Trend-in məlumatına görə, Şəmkirin Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobilinin toqquşması nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Bakı şəhər sakinləri - 1989-cü il təvəllüdlü İmamxanova Çinarə Eyyub qız sağ topuğun çapılan yayarsı, 1992-ci il təvllüdlü Mirəliyev Xəyyam Ümidvar oğlu sağ əlin cırılmış yarası, Əmiraslanova Sevinc Süleyman qızı sağ baldır sümüyün yer dəyişən sınığı, 1966-cı il təvəllüdlü Səbxanova Göyçək Mehralı qızı bel nahiyyəsinin əziyi, 1946-cı il təvllüdlü Süleymanova Qələm Cavad qızı sol ayağın əziyi və sıyrılmış yarası, 1978-ci il təvəllüdlü Kazımova Arzu Mətləb qızı hər iki dizin sıyrılması, Xırdalan sakini 1957-ci il təvəllüdlü Əliyeva Gülsüm Məmmədağa qızı sol qaşın çapıq yarası, Füzuli rayon sakinləri – 1989-cu il təvvəlüdlü Babayevə Növrəstə Qardaşxan qızı sol daraq sümüyünün sınığı, Məmmədova Miranə Ərşad qızı burun sınığı və bel nahiyyəsinin əziyi, Qax sakini, 1997-ci il təvəllüdlü Əliyev Nicat Gəray oğlu qapalı beyin travması, Sumqayıt şəhər sakini Qurbanəliyeva Günel Nəsrəddin qızı sol bud sümüyünün qapalı sınığı, o cümlədən 2 Türkiyə vətəndaşı - 1983-cü il təvəllüdlü Sener Yavruz Süleyman sağ dizin cırılması, sağ qamış sümüyünün sınığı və Darmış Ruzun Asser sağ qaş üstünün cırılmış yarası alıblar.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində bir nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib: "15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb. Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir".

Avtobusun Türkiyədən Azərbaycana gəldiyi bildirilir.


Etiketlər:  Türkiyədən gələn avtobus qəzasında xəsarət alanların kimliyi bilindi Xarici vətəndaşlar da var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ