Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kadırovdan sensasion etiraf - "ukraynalıların bu qədər silaha sahib olması bizi şoka salıb" - VİDEO

Kadırovdan sensasion etiraf -

Tarix: 28 Fevral 2022 11:36

Çeçenistanın rəhbəri Ramzan Kadırov bəlli olduğu kimi, Rusiya ordusuna dəstək üçün Ukraynaya çeçen qoşunlarını göndərib. "Ukraynalıların bu qədər silaha sahib olması bizi şoka salıb. Bizim Ukrayna xalqına qarşı döyüşmək niyyətimiz yoxdur", - Kadırov açıqlamasında deyib.

Milli.Az türk mediasına istinadən xəbər verir ki, sosial media hesabından canlı yayımlanan Kadırov, "Hazırda bir nəfər də olsun itki və ya xəsarət alanımız yoxdur. Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumu doğrudur və hər şəraitdə onun əmrini yerinə yetirəcəklər" deyib.

"Məqsədimiz Ukrayna xalqı ilə deyil, neonasist qruplarla mübarizə aparmaqdır", - Kadırov videonun sonunda deyib.

Anar Əli
Milli.Az


Etiketlər:  Kadırovdan sensasion etiraf ukraynalıların bu qədər silaha sahib olması bizi şoka salıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ